Bu gün Laçına köçürülən 22 ailəyə evlərinin açarları təqdim edilib. Bu barədə 14 iyun tarixində APA məlumat verib.
Qeyd olunub ki, növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.
Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib.
Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.
[gallery link="file" size="full" ids="119114,119115,119116"]