Bakı şəhərinin Qaradağ rayonundan dekabrın 28-də yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Bu barədə 28 dekabr tarixində Report məlumat verib.
Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunacaq.
Qeyd edək ki, indiyədək Laçın şəhərində 408 ailənin, yəni 1 555 nəfərin daimi məskunlaşması təmin edilib.