Ermənistan silahlı bölmələri Laçında mühəndis işləri aparan traktoru atəşə tutub. Bu barədə İnsanoid Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 5 may tarixində xəbər verir.
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.