Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yenidən qurulan Laçın şəhərinə yola salınıb. Bu barədə 22 noyabr tarixində Report məlumat verib.
Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtı ilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması təmin edilib.