Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb. Bu barədə 20 noyabr tarixində Report məlumat yayıb.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıblar.
Qeyd edək ki, noyabrın 18-də Zabuxa daha 25 ailə - 103 nəfər köçürülüb. Həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub. Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.