Lənkəran, Beyləqan, Quba və Göyçayda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb. Bu barədə 31 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Hadisələr Lənkəran rayonunun Nərimanabad və Beyləqan rayonunun Şəfəq qəsəbələrində, Quba rayonunun Barlı və Göyçay rayonunun Şıxbəy kəndlərində qeydə alınıb.
Ağacların Lənkəran rayonunda vətəndaş Eldar Ağayev, Beyləqan rayonunda Əliağa Məmmədov, Quba rayonunda Rəhman Seyidəhmədov, Göyçay rayonunda isə Raqif Maqsudov tərəfindən kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub.
Hər bir fakt üzrə məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.