Lənkəranda avtomobil motosikletçini vuraraq öldürüb. Bu barədə 22 noyabr tarixində Report məlumat verib.
Hadisə Ələt-Astara magistralının Hirkan qəsəbəsindən keçən hissəsində baş verib.
Lənkəran şəhər sakininin idarə etdiyi “KİA” markalı avtomobil rayonun Mamusta kənd sakini - 1992-ci il təvəllüdlü Faiqzadə Cümşüd Faiq oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü ağır xəsarətlər alıb.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Fakt üzrə araşdırma aparılır.
[gallery link="file" columns="1" size="full" ids="138642"]