Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 22 yanvar tarixində xəbər verib.
Rayonun Talışlı kəndi ərazisində Əhliman Əliyevə məxsus "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çarpılıb. Nəticədə sürücünün oğlu – 2012-ci il təvəllüdlü Murad Əhliman oğlu Əliyev ağır bədən xəsarətləri alıb.
Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan yaralı FHN-in xilasediciləri tərəfindən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Avtomobilin sahibi Təcili Tibbi Yardım stansiyasının əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.