Lənkəranda qadın təmizlik işi görərkən yanıb. Bu barədə Report 11 iyul tarixində xəbər verib.
Rayonun Kərgəlan kənd sakini, 45 yaşlı Z.Hüseynova həyətdə təmizlik işləri görərkən küçədə zibil tullantılarını yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın zibillərin üzərinə benzin töküb. Bu zaman onun əlindəki əşya alovlanıb və Z.Hüseynova yanıb.
Hadisə yerinə gələn qonşular təcili yardım briqadasının köməyi ilə onu xəstəxanaya çatdırıblar.
Xəstənin vəziyyətinin ağır qiymətləndirildiyi səbəbindən o, zəruri tibbi yardımdan sonra Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.