Lənkəranda hamilə ölümü baş verib. Bu barədə APA məlumat verib.
Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü hamilə Aygün İlham qızı Qurbanzadənin temperaturu olduğuna görə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Görülən tədbirlər nəticəsində acil şöbəsində onun temperaturu stabilləşib və A.Qurbanzadə Lənkəran Perinatal Mərkəzinə göndərilib.
Altıaylıq hamilə olan A.Qurbanzadə Perinatal Mərkəzdə dünyasını dəyişib.
Ailə üzvlərinin verdiyi məlumata görə, mərkəzdə qadına heç bir yardım olunmayıb. Onun uşağının sağ olub-olmaması barədə onlara heç bir məlumat verilmir.
A.Qurbanzadənin 3 ildir ailə qurduğu, iki övladının dünyaya gəldiyi və öldüyü bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.