Lənkəranda 60 yaşlı qadın uşaq dünyaya gətirib. Bu barədə 6 dekabr tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ məlumat verib.
1963-cü il təvəllüdlü Lənkəran rayon Bürcəli kənd sakini Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3 100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib.
Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.