Lənkəran sakini quyuya düşüb. Bu barədə İnsanoid FHN-in Mətbuat Xidmətinə istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
Lənkəran rayonunun Tütəpeşdə kəndində 87 yaşlı Cahangirova Arifə Möhsün qızı dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq, xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxarıblar.
A.Cahangirova təcili tibbi yardım briqadasına təhvil verilib.