Xəzər dənizinin Lənkəran rayonu sahillərinin nəzarətsiz ərazisində çimmək qadağan olunub. Bu barədə 10 avqust tarixində Report məlumat verib.
Buna səbəb son günlərdə burada batma hadisələrinin artmasıdır.
Artıq çimərlikdə "Çimmək qadağandır" lövhələri quraşdırılıb. Eyni zamanda qadağan lentləri çəkilib, həmçinin dənizin içərisinə doğru 120 metr uzunluğunda, 50 metr enində şarlar yerləşdirilib.