Lənkəranda diş həkimi bıçaqlanıb. Bu barədə Cenublu.az 9 iyun tarixində xəbər verib.
Şəhər ərazisində Lənkəran sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 38 yaşlı Cəlal Azadovu bıçaqlayıb.
Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.