Lənkəranda bədbəxt hadisə baş verib. Bu barədə 21 dekabr tarixində APA məlumat verib.
Fərdi yaşayış evində fəhlə işləyən 2002-ci il təvəllüdlü Nərimanabad qəsəbə sakini Yusif Tofiq oğlu Salayev hündürlükdən yıxılıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sınıq xəsarətləri alan Y.Salayev əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.