Lənkəranda ötən gün itkin düşən 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
Bu gün rayonun Sütəmurdov kənd sakini Rəhimov Vüsal Əliqulu oğlunun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.