Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Hadisə səhər saatlarında Lənkəran - Boradigah - Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
"Opel" markalı minik avtomobili həmin kəndin 32 yaşlı sakini Xeyrəddin Rəcəbovu vurub.
X.Rəcəbov aldığı xəsarətlərdən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.