Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub. Bu barədə Report 18 may tarixində xəbər verib.
Rayonun Şilavar kəndi ərazisində hərəkətdə olan avtomobil piyada Gülnaz Cahangirovanı vurub. Daha sonra "NİVA" markalı minik avtomobili, "VAZ-2106" markalı minik avtomobili, "Mitsubishi Pajero" markalı minik avtomobili və "Ford Transit" markalı yük avtomobillərinin iştirakı ilə zəncirvari qəza baş verib.
Zəncirvari qəza zamanı xəsarət alan piyada və sürücülərdən biri - Masallı rayonunun 39 yaşlı sakini Cavid Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_116283" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]