Lənkəranda qanunsuz ov edən şəxslər müəyyən olunublar. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən İnsanoid-ə bu gün, 13 yanvar tarixində verilib.
Rayonun Nərimanabad qəsəbəsi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən İ.İmanov və N.İmaməliyev saxlanılıblar.
Onlardan 2 ədəd ov tüfəngi, digər ov alətləri və qanunsuz olaraq ovladıqları 63 ədəd çöl quşu aşkarlanıb.
Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.1-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.