Lənkəranda avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə Report 5 iyul tarixində xəbər verib.
Rayonun Göyşaban kəndi ərazisində "VAZ-2104" və "QAZ-2124" markalı avtomobillər toqquşub.
Nəticədə "QAZ-2124"ün sürücüsü, 1945-ci il təvəllüdlü Tələt Rəhimov və "VAZ-2104" markalı avtomobilin sərnişini, 1959-cu il təvəllüdlü Seyran Nəzərov xəsarət alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.