Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub. Bu barədə 28 iyul tarixində Report hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.