Latviyanın paytaxtı Riqa şəhərinin Barrikadalar muzeyində 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan 20 Yanvar faciələrinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə İnsanoid Azərbaycanın Latviyadakı Səfirliyinə istinadən bu gün, 20 yanvar tarixində xəbər verir.
Mərasimdə Latviya parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, akademik və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.
Əvvəlcə ölkə müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Barrikadalar muzeyinin direktoru Renars Zalais 20 Yanvar tarixinin hər iki xalq üçün əhəmiyyətini vurğulayıb və bu iki faciəvi tarixin Latviya və Azərbaycanda anıldığını bildirib. O,1991-ci ilin yanvar ayında Riqada baş verən hadisələr və “barrikadalar hərəkatı” barədə danışıb.
Sonra 20 Yanvar faciəsinə dair videoçarx nümayiş olunub, fotosərgi təşkil edilib.
[caption id="attachment_159601" align="alignnone" width="696"]
Foto Latviya səfirliyi[/caption]