Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub. Bu barədə 12 avqust tarixində Report məlumat verib.
Hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib. Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.
Belə ki, 2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
[gallery columns="1" link="file" size="full" ids="125467"]