Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb. Bu barədə Report 29 mart tarixində xəbər verib.
34 yaşlı Pərviz Höccətov hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb.
O, hadisə nəticəsində ağır kəllə-beyin travması alıb.
P.Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.