Lerikdə istirahət mərkəzlərinin birində yeniyetmə körpüdən yıxılıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 28 may tarixində xəbər verir.
Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.
14 yaşlı Bakı sakini H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı yıxılıb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyətinə uyğun olaraq, müalicəsi xəstəxanada davam etdirilir.