Dövlət proqramı çərçivəsində 2022-ci ilin qazlaşdırma planına uyğun olaraq, Lerik rayonunun Babakücə kəndi qazlaşdırılıb. Bu barədə noyabrın 1-də Lent.az xəbər verib.
Vətəndaşların qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi məqsədilə paylayıcı qaz kəmərlərinin tikinti-quraşdırma işləri yekunlaşdırılaraq qazın verilişi təmin edilib.
“Azəriqaz” İB tərəfindən kənddə məskunlaşmış 1-ci Qarabağ müharibəsi şəhidi Telman Kazımovun qardaşının fərdi yaşayış evi qazlaşdırılıb.