Leysan yağışları Gəncə şəhərində bir sıra fəsadlar törədib. Bu barədə Report 22 iyun tarixində xəbər verib.
Leysan yağışları bəzi fərdi yaşayış evlərinin həyətlərini su basmasına gətirib çıxarıb. Eləcə də şəhərin küçə və prospektlərində nəqliyyatın və piyadaların hərəkətində qismən çətinlik yaranıb.
Hazırda yağıntılı hava şəraiti davam edir.