“Son vaxtlar Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü. Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu baş verdi”. Bunu martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatının iştirakçılarını qəbul edərkən bildirib.
Görüşdə, həmçinin azad edilmiş ərazilərdə idmanın inkişafı ilə bağlı müzakirələr aparılıb: “Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin baş planlarında da öz əksini tapır”.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Namiq Abdullayev və Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov isə öz çıxışlarında idmançıların uğurları barədə ölkə başçısına məlumat veriblər.
Tam mətnlə link vasitəsilə tanış olmaq mümkündür.