top
Lisey və gimnaziyalara qəbula start verilir - SİYAHI
12 may 2023, 02:31
- ↺ +

Lisey və gimnaziyalara qəbula start verilir - SİYAHI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir. Bu barədə İnsanoid Elm və Təhsil Nazirliyinə istinadən bu gün, 12 may tarixində xəbər verir.

Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçiriləcək. Bu gündən başlayan ərizə qəbulu prosesi 6 iyun tarixinədək davam edəcək.

Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq, “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq, təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.

İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq:


  • 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);

  • 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

  • 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

    Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı təqdim edilib. Lisey və gimnaziyalar barədə ətraflı məlumatla https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz.



Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar:

- Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası;
- Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
- Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
- Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyi;
- Şəki şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Şəmkir şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Şirvan şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Ağdaş şəhəri M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
- Biləsuvar şəhəri texniki fənlər təmayüllü məktəb-lisey;
- Gəncə şəhəri Xarici dillər təmayüllü gimnaziya.

Digərləri:

- Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey;
- Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri Texniki-humanitar lisey;
- Bakı şəhəri 291 nömrəli ekologiya liseyi;
- Bakı şəhər 173 nömrəli tam orta məktəb;
- Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
- Ağstafa şəhəri Texniki-humanitar təmayüllü lisey;
- Şamaxı şəhəri Texniki, humanitar və təbiət təmayüllü lisey;
- Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəb;
- Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
- Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
- Sumqayıt şəhəri İstedad liseyi;
- Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
- Sumqayıt şəhəri Təfəkkür liseyi;
- Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya;
- Qobustan şəhəri 2 nömrəli tam orta məktəb;
- Masallı şəhəri Dəfinə məktəb-liseyi.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər