Hazırda ölkə ərazisində 99 iri və lokal sürüşmə sahəsi mövcuddur. Bunu martın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi APA-ya açıqlamasında bildirib.
Aktiv sürüşmə prosesləri, əsasən, Abşeron yarımadası, xüsusilə Bakıda, şimal bölgəsində Şamaxı-İsmayıllıda və Talış dağlıq zonasında daha çox qeydə alınıb.
Abşeron yarımadasında sürüşmə sahələri, əsasən, Badamdar qəsəbəsində, Nübar yaşayış massivi və Masazır ərazisində Zəligölü sahəsi, Zığ-1, Zığ-2 və Xətai rayonundakı qəbiristanlığın ərazisində qeydə alınıb.
Badamdarda artıq fundamental istinad divarları qurulur. Zığ-1, Zığ-2 sahəsində sürüşmə kiçik çatlar əmələ gətirir, amma onlar böyük sürüşmənin baş verməsi üçün lazımi gücdə deyil.