Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodlardan birinin həyətindən dəmirüyüdən dəzgahın mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 25 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini Anar Yusifov və Qazax rayon sakini Elturan Nəsibzadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.