Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin quraşdırılması geoloji işlər tamamlandıqdan sonra həyata keçiriləcək. Bu haqda aprelin 12-də APA məlumat yayıb.
Prezidentin imzaladığı sərəncama əsasən, Tofiq Quliyevin heykəlinin Bakıda, Müslüm Maqomayevin abidəsinin Dənizkənarı Bulvar ərazisində (Abdulla Şaiq adına Kukla Teatrının yanında) ucaldılması nəzərdə tutulub.
Müslüm Maqomayevin abidəsinin hazırlanması xalq rəssamı Ömər Eldarova, Tofiq Quliyevin heykəlinin hazırlanması isə heykəltaraş Tural Rzaquliyevə tapşırılıb.