Macarıstan Milli Assambleyasının sədri Laslo Köver Azərbaycana səfər edəcək. Bu barədə İnsanoid bu gün, 5 iyun tarixində xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında xatırladıb ki, ötən il Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Macarıstana səfər edib:
"Macarıstan parlamenti sədrinin Azərbaycana həmkarı tərəfindən dəvəti var. Yaxın zamanda bu səfərin həyata keçirilməsini alqışlayırıq. Parlament səviyyəsində münasibətlər yüksək səviyyədədir".