Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Bu barədə 5 avqust tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzillə təmin edilib.
Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmanın məqsədi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etməkdir. Bu vasitə ilə onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirilir.
Püşkatmada iştirak etmiş ailələr qısa müddətdə Füzuli şəhərinə yola salınacaqlar.
[gallery link="file" size="full" ids="124596,124595,124594"]