Dekabrın 22-si saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə 15 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-317-58-00) müraciət edə bilərlər.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.
“Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər”, - məlumatda qeyd olunub.