Məhərrəm Əhmədov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı qərarla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.