Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda qalmayacaq. Bu barədə Report 10 iyun tarixində xəbər verib.
Klubun icraçı direktoru Mustafa Göksu bildirib ki, məşqçilər heyəti 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil.
Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib.