"Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatındakı növbəti oyunu buraxacaq. Bu barədə Report 16 dekabr tarixində xəbər verib.
Komandanın 46 yaşlı baş məşqçisi Sergey Yakiroviç forvardın "Hayduk"a qarşı XIX tur matçında meydana çıxmayacağını deyib. Yakiroviç Emrelinin dizində ağrılar hiss etdiyini söyləyib.
Dekabrın 17-də reallaşacaq "Dinamo" - "Hayduk" derbisi Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Paytaxt klubu 16 oyundan sonra 33 xalla ikinci pillədə qərarlaşıb. 18 görüşdə 40 xal toplayan "Hayduk" isə liderdir.