Növbəti tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat avqustun 9-da saat 11:00-dan başlayır. Bu barədə 27 iyul tarixində Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən aparılacaq.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-də saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.
2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək.