Bakıda qətl hadisəsi baş verib. Bu barədə İnsanoid Lent.az-a istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.
Qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov “Koroğlu” metro stansiyası ətrafında “manatlıq taksi” fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.
Əhməd Hüseynov Nurlan Məmmədovun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.