Bakıda bir nəfər dənizdə batıb. Bu barədə 19 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında dənizdə baş verib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.