Mart ayında Azərbaycana 95 844 əcnəbi səfər edib. Bu barədə aprelin 11-də Dövlət Turizm Agentliyi məlumat paylaşıb.
Ötən ayda ölkəmizi 24 244 nəfər olmaqla ən çox Türkiyə vətəndaşı ziyarət edib. İkinci yerdə Rusiya qərarlaşıb. Bu ölkədən bir ayda 17 824 nəfər Azərbaycana gəlib. Daha sonra isə 15 638 nəfər olmaqla İran, 5 483 Gürcüstan və 5 327 Ukrayna vətəndaşı ölkəmizə daxil olub.
Cari ildə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə gələn əcnəbilərin sayı 112% çoxalıb.