Bakıda daha bir silahlı şəxs saxlanılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 13 yanvar tarixində xəbər verir.
Nizami polisi əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Masallı rayon sakini Ziya Ağayevi saxlayıb.
Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
![]()