Masallı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 27 dekabr tarixində xəbər verib.
Minik və yük avtomobilləri toqquşub. Hadisə zamanı minik avtomobilində olan 61 yaşlı sərnişin Aidə Məmiyeva xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.