Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon manat ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.