Abşeron rayonunun Masazır qəsəbəsində restoranda yanğın olub. Bu barədə martın 18-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ümumi sahəsi 480 m² olan ikimərtəbəli restoranın ikinci mərtəbəsindəki elektrik lövhə və naqillər yanıb. Yanğın söndürülüb.