Abşeron rayonunun Masazır qəsəbəsində 22 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə 8 noyabr tarixində Report məlumat verib.
2000-ci il təvəllüdlü Ağayev Bünyamin idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çarpıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.