Masazır qəsəbəsində dava zamanı bir nəfər ağır xəsarət alıb. Bu barədə APA 19 may tarixində xəbər verib.
“Qurtuluş 93” yaşayış kompleksinin həyətində 17 yaşlı Polad Mirzəyev şəxsi münasibətlər zəminində tanışı ilə dava edib. Dava zamanı ona bir neçə bıçaq zərbəsi vurulub.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.