Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 19 may tarixində xəbər verir.
Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hücumuna məruz qalıblar.
Yaralılar bina sakinləri tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrinin çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Azyaşlıların valideynləri bildiriblər ki, övladlarının vəziyyəti ağırdır.