Abşeron rayonunda evlərin birindən oğurluq edilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 may tarixində xəbər verir.
Masazır qəsəbəsindəki evlərdən birindən 10.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.